Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Özəl provayderlər fəallaşıb
“Aztelekom”İB tərəfindən internet-provayderlərlə imzalanan birgə əməkdaşlıq müqaviləsi icra olunur. Bu barədə birliyin baş direktoru Məhəmməd Məmmədov məlumat verib. Onun sözlərinə görə, 7 internet-provayderlə müqavilə imzalanmış, 5 provayder tərəfindən layihənin icrasına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində internet-provayderlər tərəfindən 11 Telekommunikasiya Qovşağında ümumilikdə 250 km optik kabel ayrılmış, 200 km kabelin çəkilişi artıq başa çatdırılıb.
Qeyd edək ki, ümumilikdə bu layihə çərçivəsində 600 km-dən artıq FO kabel xətlərinin çəkilişi başa çatdırılıb və montaj işlərinə başlanılıb.
RƏVAN
08/05/12 Çap et