Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ebay” Hindistanda ikinci inkişaf mərkəzini açır
“Ebay” internet-hərracı Hindistanda ikinci inkişaf mərkəzini açır. “Ebay”-ın nümayəndələri bildiriblər ki, şirkət 3 il ərzində yeni mərkəzinə 1000 işçi qəbul edəcək. “Ebay” şirkəti bundan əvvəl Hindistanın cənubunda, Çennai şəhərində inkişaf mərkəzi açaraq işə 2200 əməkdaş qəbul etmişdi. “Ebay”-ın, həmçinin Mumbayda da biznes bölməsi var.
“Ebay” şirkətinin nümayəndələri bildiriblər ki, yeni açılacaq mərkəzin heyəti “Ebay Marketplace”, həmçinin “PayPal” ödəniş sistemi istiqamətində tədqiqat və hazırlamalarla məşğul olacaq. Bundan əlavə, orada marketoloq, analitika və satışlar üzrə mütəxəssislər işləyəcəklər.
"Ebay” şirkətinin fəaliyyətinin Banqalor və Çennai şəhərlərində genişləndirilməsi – bu, bizim qlobal strategiyamızın bir hissəsidir. Biz ştatımızı bütün dünyada genişləndirəcəyik" – “Ebay”-ın mətbuat xidmətindən məlumat veriblər.
EMİL
10/05/12 Çap et