Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Su keçirməyən smartfon istehsal edilib
“Kyocera” şirkəti ABŞ-da “CTIA 2012” sərgisi ərəfəsində bir neçə maraqlı telefon nümayiş etdirib. Təqdim edilmiş aparatlardan biri “Hydro” adlanır və o, tamamilə su keçirməyəndir və “Android 4.0” əməliyyat sistemi ilə işləyir.
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən bildirir ki, “Hydro” aparatı yarım saat ərzində 1 metrə qədər dərinlikdə su keçirmədən qala bilir. Smartfon 480×320 piksel təsvir ölçülü 3,5 düymlü “IPS” ekranla, 3,2 meqapikselli kamera, 512 MB əməli və 2 QB daxili yaddaş, “microSD” slotu ilə təchiz edilib.
“Hydro” aparatı 1500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
EMİL
10/05/12 Çap et