Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məşhur əməliyyat sistemi fərdi kompyuter bazarında 5% paya sahib olmağı planlaşdırır
“Canonical” şirkətinin əsas əməkdaşı Kris Kenon “Ubuntu 12.10 Developer Summit” konfransında çıxışı zamanı “Canonical”-un 2012-ci il üçün planları, həmçinin “Ubuntu” əməliyyat sistemindən istifadə edilməsi statistikası haqqında məlumat verib.
Beləliklə, 2011-ci il ərzində “Ubuntu” əməliyyat sistemi ilə işləyən təxminən 8-10 milyon kompyuter satılıb. “Canonical” şirkəti 2012-ci ildə bu göstəricini 18 milyon fərdi kompyuterə qədər artırmağı planlaşdırır. Bu isə 2012-ci ildə bazarda satılacaq bütün kompyuterlərin 5 faizini təşkil edəcək.
EMİL
10/05/12 Çap et