Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1300-dən çox «elektron imza» verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) bu günə qədər dövlət qurumlarına 1110 ədəd “elektron imza” verib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə MHM-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Daxili İşlər, İqtisadi İnkişaf, Təhsil, Səhiyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura, Qiymətli Kağızlar, Ailə, Qadın və Uşaq Problemləri, Diasporla İş üzrə, Dövlət Gömrük komitələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Milli Depozit Mərkəzi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, «Azərenerji», «Azəriqaz», Prezident Yanında Dövlət Qulluğu və Tələbə Qəbulu üzrə Dövlət komissiyaları, Dövlət Miqrasiya Xidməti və sair qurumlar “elektron imza” almaq üçün müraciət edib. Sözügedən rəqəmdən əlavə olaraq 1200-ə yaxın “elektron imza”nın verilməsi üçün müqavilə bağlanılıb.
Qurumdan onu da əlavə ediblər ki, eyni zamanda Elektron Mərkəzdən də bu günə qədər 250-yə yaxın «e-imza» verilib.
SEYMUR
10/05/12 Çap et