Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti kütləvi istifadə üçün simsiz adapter yaradır
"Samsung" şirkətinin "Qualcomm" və digər şirkətlərlə birlikdə yaratdığı ittifaqın məqsədi smartfon və planşetlər üçün simsiz adapterlərin standartlaşdırılması və yayılması olacaq.
"İCTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Koreyanın "Samsung Electronics" şirkəti və mobil qurğular üçün aparıcı prosessor istehsalçısı olan Amerikanın "Qualcomm" şirkəti yığcam elektronikada simsiz adapter sistemlərinin standartlaşdırılmasını və hazırlanmasını sürətləndirmək niyyəti haqqında bildiriblər.
Tərəfdaşlar bu məqsədlə "Alliance for Wireless Power" (A4WP) adlı ittifaq yaradıblar.Qeyd edim ki, "Samsung" şirkəti simsiz adapter texnologiyasının kütləvi məhsula ("Samsung Galaxy S III" smartfonuna) tətbiq edilməsi haqqında artıq elan edib.
EMİL
10/05/12 Çap et