Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” istifadəçilərinin 70 faizi şəxsi informasiyalarını gizlədir
Statistika nəticəsində məlum olub ki, “Facebook” sosial şəbəkəsində səhifə sahibləri məxfilik sazlamalarından daha tez-tez istifadə edirlər və açıqda olan məlumatlar getdikcə azalır.
“İCTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, dünyanın ən böyük sosial şəbəkəsinin təxminən 70 faiz istifadəçisi şəxsi informasiyalarını kənar şəxslərlə bölüşmək istəmirlər.
Bu məlumatları məxfilik məsələləri ilə məşğul olan “Abine” şirkəti təqdim edib. Şirkət iddia edib ki, sosial şəbəkənin 950 milyon istifadəçisinin təxminən 70 faizi öz səhifələrini bağlamır və beləliklə, həmin səhifələrdə olan məlumatlar digər insanlar üçün əlçatan olur.
EMİL
10/05/12 Çap et