Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2 min kilometr məsafəni 1 litr yanacaqla qət edə bilən avtomobil yaradılıb
Elçe şəhərində yerləşən Miqel Ernandes Universitetinin tələbələri 2 min kilometr məsafəni 1 litr yanacaqla qət edə bilən avtomobil yaradıblar. Avtomobil transmilli "Royal Datç-Şell" korporasiyası tərəfindən təşkil edilmiş müsabiqə çərçivəsində hazırlanıb. Yenilik mayın 17-dən 19-dək Rotterdamda keçiriləcək ekoloji marafonda təqdim ediləcək.
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Datil-12" adlandırılmış avtomobil prototipinin uzunluğu 3,2 metr, eni 0,6 metr və hündürlüyü 0,5 metr təşkil edir. Avtomobilin çəkisi müsabiqənin şərtlərinə əsasən, 38 kq təşkil edir. Ən yaxşı ixtira 1 litr benzinlə saatda 25 km-dən az olmayan sürətlə daha çox məsafə qət edə bilən avtomobil sayılacaq.
EMİL
10/05/12 Çap et