Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni optik tranzistor 10 QHs tezlikdə işləyir


Dünya alimləri optik-kvant hesablamaları texnologiyasının təkmilləşdirilməsi və tamdəyərli kvant kompyuter yaratmaq üzərində çalışırlar. Bu yaxınlarda Purdu Universitetində çalışan  Amerika mütəxəssisləri ümumi işi daha da zənginləşdirərək 10 QHs-ə qədər tezlikdə işləyə bilən yeni silisium optik tranzistor hazırlayıblar.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, tranzistor işıq axınının gücləndirilməsi və hissəciklərin kvant sistemində ötürülməsi üçün istifadə olunur. Məlumatların yüksək ötürülmə sürəti isə yeni tranzistorlardan tam şəbəkə yaratmağa imkan verir, belə ki, hər bir tranzistor digər ikisini idarə edə bilər.
 







EMİL





11/05/12    Çap et