Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londonda kibercinayətkarlıqla mübarizə yolları müzakirə olunacaq


15 may tarixində London şəhərində kibercinayətkarlığa həsr olunmuş  “E-CRIME CONGRESS 2012” konfransı təşkil olunacaq. Tədbir “AKJ Associates”-in təşkilatçılığı ilə “Victoria Park Plaza Hotel” kompleksində reallaşacaq.  Məlum olduğu kimi, son illərdə dünyada kibercinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur.

Bu konfransın keçirilməsində əsas məqsəd kibercinayətkarlığa qarşı mübarizə üçün səylərin birləşdirilməsindən ibarətdir. “E-CRIME CONGRESS 2012”-də kiberhücumlara qarşı mübarizə strategiyasının formalaşdırılması və kibertəhlükəsizliyin təmin olunması üçün beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri müzakirə olunur.
 






CAHANGİR






11/05/12    Çap et