Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hollandiyada piratçılığa qarşı mübarizə güclənib


Ən böyük pirat torrent-treker  (torrent - fayl paylaşımı üçün şəbəkə protokolu) olan “The Pirate Bay”a qarşı hücumlar davam edir. “İCTnews” elektron xəbər xidmətinin “pitbit.ru” saytına istinadən verdiyi məlumata görə, Haaqa məhkəməsinin qərarına əsasən, bütün holland provayderləri öz abunəçiləri üçün blok etməlidirlər.

Qərara əməl etməyən provayderləri 250 min avro cərimə gözləyir. Lakin ölkə provayderlərinin nümayəndələri bildirirlər ki, onlar məhkəmənin qərarından şikayət etməyə hazırlaşırlar.

Qeyd edək ki, torrent-treker “The Pirate Bay”la aktiv mübarizə Hollandiyada hələ  2010-cu ildə “BREIN Foundation” qrupunun antipirat üzvləri tərəfindən başlanıb. Haaqa məhkəməsinin qərarı elan olunduqdan  sonra bu qrupun saytı treker tərəfdarlarının, o cümlədən “Anonymous”un məşhur hakerlərinin hücumu nəticəsində dağıdılmışdı.

Xatırladaq ki,   bir neçə  gün əvvəl Böyük Britaniyanın  Ali Məhkəməsi də milli provayderləri ölkə ərazisində “The Pirate Bay”ı bloklamağa məcbur edib.

CAHANGİR





11/05/12    Çap et