Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” müflisləşir
“Sony” şirkətinin 31 mart 2012-ci il tarixində başa çatmış 2011-2012-ci maliyyə ilində itkiləri 1,7 dəfə artaraq 5,72 milyard dollarlıq rekord səviyyəyə çatıb. Qeyd edək ki, şirkət dörd ilin yekunları üzrə ardıcıl olaraq itkilər verir.
Yaponiya korporasiyasının 2011-2012-ci maliyyə ilində mədaxili 81,44 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 9,6 faiz azdır. Hesabat dövrü ərzində “Sony”nin əməliyyat itkiləri 844 milyon dollar olub,- RBK yazır.
Bununla belə, “Sony” nümayəndələri cari maliyyə ilinin yekunları üzrə korporasiyanın əməliyyat mənfəətinə dönmək niyyətində olduğunu bildirərək bu göstəricinin 2012-2013-cü maliyyə ilində 2,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırırlar.
Əvvəllər korporasiya cari ilin sonuna ştat vahidini 6 faiz azaldaraq 10 min nəfəri işdən azad edəcəyini bəyan etmişdi.
11/05/12 Çap et