Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyadan fantastik sürətlə yeni “Wi-Fi”


Yapon şirkəti NTT bütün dünyada məşhur olan “Wi-Fi” məlumat mübadiləsi simsiz texnologiyasının prototipini təqdim edib. Sınaqlar “Wireless Technology Park (WTP) 2011” sərgisi çərçivəsində aparılıb.
Nümayiş gedişatında “IEEE 802.11ac” standartı üzrə məlumatların ötürülməsi üçün 6, qəbulu üçün isə 3 antena istifadə olunub. Siqnalın fəzada bölünməsini “FPGA-matris”də müvəqqəti yaradılmış xüsusi prosessor idarə edib. Daha əvvəl bildirilirdi ki, “IEEE 802.11ac” standartı 2013-cü ildə, onu radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri - Elektronika və Elektrotexnika (IEEE) Mühəndislər İnstitutu təsdiq etdikdə hazır olacaq. Nəzəri olaraq onun vasitəsilə maksimum 1 Qbit/s sürətə nail olmaq güman edilir.
İndi mütəxəssislər bildiriblər ki, yenilənmiş “Wi-Fi” şəbəkələrinin ticarət icrasını ən yaxın bir neçə ilə gözləmək olar. Hazırda “Wi-Fi” simsiz şəbəkəsinin təmin edə bildiyi maksimal sürət 450 Mbit/s təşkil edir. Lakin bu standart (802.11n) az yayılıb və yeni-yeni tətbiq edilməyə başlayır. Qeyd edək ki, məlumatların ötürülməsinin adi sürəti 11-54 Mbit/s təşkil edir.




08/07/11    Çap et