Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli şirkət daha bir distribüterlik statusu aldı


“ULTRA” şirkəti “Daim Yenilik” prinsipinə sadiq qalaraq Koreyanın aparıcı şirkəti olan “АНА” ilə müqavilə bağlayıb və bununla da Azərbaycanda bu şirkətin məhsullarının eksklüziv distribüteri statusunu öz adına yazdırıb.

 Müqavilənin imzalanmasında “ULTRA” şirkətinin direktoru Zaur Məmmədzadə və Biznesin İnkişafı və İnteqrasiyası departamentinin direktoru Məhəmməd Zülfüqarlı, o cümlədən “AHA” şirkətinin prezidenti Albert Ku və regional menecer İbrahim MirzəMahmudov iştirak ediblər.

 “AHA” şirkəti özünün ilk fəaliyyətini maye kristal monitorların istehsalçısı kimi başlayıb və şirkətin təməli 1999-cu ildə qoyulub.

Bu gün “АНА” istər maye kristal monitorların, istərsə respublikamızda olduqca məşhur olan və “ULTRA” şirkəti tərəfindən Təhsil Nazirliyində və Azərbaycan Respublikası Maliyyə Nazirliyində quraşdırılmış planşet kompyuterlərin, interaktiv displeylərin və elektron podiumların aparıcı istehsalçısıdır.

Bundan başqa “AHA” şirkətinin fəaliyyət istiqamətlərindən biri tibb müəssisələri və banklar üçün avtomatlaşdırılmış həllərin işlənib hazırlanması və tətbiqidir. Habelə şirkət Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olur.

«Biz bu əməkdaşlığa görə çox şadıq, çünki hər şeydən öncə bu cür kontakt və əlaqələr təcrübələrin mübadiləsinə və qabaqcıl texnologiyaların bazarımıza gətirilməsinə, onları öyrənib və inkişaf etməyimiz üçün bir imkandır.

Xüsusilə biz yeni tərəfdaşımızın hal-hazırda Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olduğuna məmnunuq, çünki bildiyiniz kimi, “ULTRA” şirkəti də ölkəmizdə elektron təhsilin tətbiqi ilə məşğul olur. Bizim bu əməkdaşlıqdan böyük gözləntilərimiz var və ümid edirik ki, yaxın gələcəkdə cəmiyyət onun bəhrələrini görəcək»- deyə bu hadisəni şərh edərək Məhəmməd Zülfüqarlı bildirib.

CAHANGİR





11/05/12    Çap et