Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” yeni startap satın alıb
"Twitter" mikrobloqlar şəbəkəsi poçt marketinqi üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış "RestEngine" şirkətini satın alıb.
Məlumat üçün qeyd edim ki, "RestEngine" şirkəti istifadəçinin sosial şəbəkədəki fəaliyyətini təhlil edən və ona münasib reklam bildirişləri göndərən proqram təminatı hazırlayır. "Twitter", ehtimal ki, öz istifadəçi bazasının kommersiyalaşdırılması üçün "RestEngine" şirkətinin məhsullarından gələcəkdə istifadə edəcək.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, tərəflər satınalma şərtlərini rəsmi olaraq elan etməyiblər. Müstəqil analitiklər bildiriblər ki, "Twitter" mikrobloqlar şəbəkəsi "RestEngine" platforması sayəsində öz auditoriyasını filtrasiya edə və email marketinqlə məşğul ola biləcək.
EMİL
12/05/12 Çap et