Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İstedadların hazırlığı laboratoriyası” təşkil olunacaq


Gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması üçün "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu işlər gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"na əsasən həyata keçiriləcək: "2012-2015-ci illərdə aparılacaq bu tədbir Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun üzərinə düşür".

HƏQİQƏT




12/05/12    Çap et