Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMD istehsalının E seriyalı prosessorları az enerji sərf edir və uzunmüddətli avtonom işə hesablanıb.
“E-350 HP”, “Lenovo”, “Asus” modellərində təqdim ediləcək. Qeyd edək ki, o, 1,6 QHz tezlikli 2 nüvəli prosessor və “Radeon HD 6310” videokartı istifadə edir. Onu əvəz edəcək “E-450” bir qədər yuxarı məhsuldarlığa malikdir: 1,65 QHz tezlikli 2 nüvəli prosessor və Radeon “HD 6320” videokartı. Yeni çip, həmçinin “Turbo Core” texnologiya dəstəyinə malikdir.
AMD şirkəti yenilənmiş çiplə ilk noutbukların nə vaxt çıxacağını hələ bildirməyib. Ehtimal ki, bu, uzunmüddətli avtonom işə hesablanmış portativ modellər (11-14 düym) olacaq.
08/07/11 Çap et