Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon mütəxəssisləri planşet güzgü hazırlayıblar


Yaponiya "Seraku" şirkətinin mühəndisləri yüksəktexnologiyalı güzgü hazırlayıblar. Güzgüdə yalnız öz əksini görmək deyil, həmçinin yeni xəbərlər oxumaq, hava proqnozu ilə tanış olmaq və digər faydalı məlumatlar əldə etmək olar. "İnteraktiv güzgü" Android platforması ilə işləyir.

Qurğunun maraqlı xüsusiyyətlərindən biri klassik sensorların əvəzinə yaxınlaşdırma radiotezlik sensorlarının mövcud olmasıdır; nəticədə güzgüyə toxunmadan orda əks olunan informasiyanı idarə etmək mümkündür.

EMİL




12/05/12    Çap et