Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefon və kompyuterdən istifadə etmək sağlamlığa mənfi təsir edə bilər
Mobil telefon və kompyuterdən həddindən artıq istifadə etmək gənc insanların psixi sağlamlığına mənfi (yuxu rejiminin pozulması, stress) təsir edə bilər. Höteburqda yerləşən Salqren Akademiyasının elmi işçisi Sara Tom belə nəticəyə gəlib.
"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Sara Tom apardığı tədqiqatlar nəticəsində bu nəticəyə gəlib. Tədqiqatda sorğu vasitəsi ilə 4100 insan iştirak edib. Müşahidələr 1 il ərzində aparılıb.
Sara Tom qeyd edib ki, mobil rabitədən həddindən artıq istifadə etmək gənclərdə yuxu rejiminin pozulmasına, həmçinin hər iki cinsin nümayəndələrində depressiyanın inkişaf etməsinə səbəb olur. Kompyuterdən həddindən artıq istifadə etmək isə yuxu, stress problemlərinin yaranması ehtimalını artırır.
EMİL
14/05/12 Çap et