Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” onlayn messencer xidmətini satın almaq istəyir


Dünyanın ən böyük axtarış sisteminə malik olan "Google" korporasiyası "Meebo" şirkətini, eyni adlı onlayn-messencerin istehsalçısını satın almaq üzrə danışıqlar aparır. Bu barədə iki  mənbəyə istinadən "AllThingsD" nəşri məlumat verib. Mənbələrdən birinin sözlərinə görə, internet-nəhəng startapı satın almaq üçün 100 milyon dollar ödəyə bilər.

"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Meebo" şirkətinin əsası 2005-ci ildə Stenford Universitetinin 3 tələbəsi tərəfindən qoyulub. Şirkətin direktoru Set Sternberqdir, Sendi Cen texniki direktordur, Eleyn Uerri isə konsultantdır. Şirkətin ən məşhur məhsulu "Meebo Messenger" ("ICQ", "Google Talk", "Facebook" və "AIM" protokollarını dəstəkləyən mesajlarla ani mübadilə üçün IM xidmət) olub.





EMİL





14/05/12    Çap et