Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” həmtəsisçisi ABŞ vətəndaşlığından imtina edib


“Facebook”un həmtəsisçisi Eduardo Saverin ABŞ vətəndaşlığından imtina edib. Buna səbəb ehtimal ki, qarşıdakı “IPO” zamanı səhmlərin satışı ilə əlaqədar vergi ödənişlərini azaltmaq istəyi olub.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, Braziliyada doğulmuş, ABŞ-da böyümüş və hazırda Sinqapurda yaşayan “Facebook” həmtəsisçisi şirkətin səhmlərinin təxminən 4 faizinə malikdir. Bu isə hazırda 4 milyard dollar deməkdir.

Qeyd edim ki, Saverin ABŞ vətəndaşı kimi səhmlərin ilkin yerləşdirilməsi zamanı bütün səhm paketinin və ya onun bir hissəsinin satılması halında milyonlarla dollar vergi ödəməli idi.
 



EMİL





14/05/12    Çap et