Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SMS” xidməti populyar olaraq qalmaqdadır


2012-ci ildə qısa mətn mesajları xidmətinin (SMS) yaranmasının  20 ili tamam oldu.
“SMS” sistemi ilk dəfə 1992-ci ildə Böyük Britaniyada fərdi kompyuterdəki mətnin mobil telefona ötürülməsi üçün sınaqdan keçirilmişdi. Bu hadisə “GSM” standartının yaranmasından 1 il sonra baş vermişdi.

Sosial şəbəkə və mobil internetin populyarlığının artması nəticəsində tez-tez “SMS” xidmətinin ikinci plana keçməsi haqqında proqnozlar səslənir. Bir sıra ekspertlərin fikrincə, belə kommunikasiya üsulu tezliklə müstəqil xidmət kimi məhv olacaq.

Məlumat üçün qeyd edim ki, 2011-ci ildə “SMS” trafikin həcmi 7,8 trilyon mesaja çatıb. Digər sözlə, mobil şəbəkə abunəçiləri hər saniyə 247 min mesaj göndəriblər. Analitiklərin verdiyi proqnoza görə, bu göstərici 2015-ci ilədək 9,6 trilyon mesaja qədər artacaq.
 



EMİL





14/05/12    Çap et