Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Canon Inc.” şirkəti dünyada ilkə imza atdı


Yaponiyanın aparıcı rəqəmli kamera istehsalçısı olan “Canon” korporasiyası istehsalda insan əməyindən tam şəkildə imtina edəcək dünyada ilk şirkət olmağa qərar verib. Bu proses tam olaraq bir neçə il ərzində başa çatacaq. Bu barədə korporasiyanın rəsmi nümayəndəsi məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, korporasiya tərəfindən atılan bu addım istehsal xərclərini azaltmaq məqsədi güdür. Korporasiyanın nümayəndəsi, həmçinin söz verib ki, istehsal prosesinin robotlaşdırılması nəticəsində orda çalışan işçilər digər fəaliyyət sferalarına keçiriləcək.







     
EMİL





14/05/12    Çap et