Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo”nun yeni baş direktoru “Facebook”la barışa bilər
"Yahoo" internet korporasiyasının baş direktor vəzifəsini müvəqqəti icra edən Ross Levinson "Facebook" ilə məhkəmə davasından imtina edə bilər.
"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Ross Levinson 2000-ci ildən 2006-cı ilədək "Fox Interactive Media"nın prezidenti vəzifəsində çalışıb, 2007-ci ilin avqustundan 2010-cu ilin noyabrına kimi isə "Fuse Capital" investisiya fondunun idarəedici direktoru olub.
"Yahoo"nun saytında yerləşdirilmiş məlumata görə, top menecer Amerika universitetində (Vaşinqton, ABŞ) humanitar elmlər üzrə bakalavr dərəcəsi alıb.48 yaşlı Levinson son 3 il ərzində "Yahoo"nun artıq üçüncü baş direktorudur. O, Skott Tompsonu əvəz edib.
EMİL
14/05/12 Çap et