Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda “internet-həftə” start götürüb


Nyu-Yorkda rəqəmli texnologiyalar sahəsində dünyada ən məşhur sərgilərdən biri olan "internet-həftə" start götürüb. Sərgi artıq 5 il ardıcıl olaraq keçirilir. Bu il sərgi mayın 21-nə qədər davam edəcək.

Sərgi çərçivəsində 250-dən çox konfrans, "dəyirmi masa" keçiriləcək və ziyarətçilər internet-sənaye sahəsindəki son tendensiyalarla tanış ola biləcəklər. Təşkilatçılar hesab edirlər ki, "internet-həftə" şirkətlərin potensial investorlarla tanış olması və peşəkarların məsləhətlərini almaları üçün əla imkandır.

"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən  bildirir ki, "internet-həftə"nin ən maraqlı tədbirləri arasında Nyu-York şəhərinin populyar "Instagram" mobil əlavəsi vasitəsilə hazırlanmış fotosərgisi olacaq. Mayın 18-də isə şəhərin bir çox internet-şirkətləri, həmçinin "Facebook" sosial şəbəkəsi və "Tumblr" mikrobloqlar xidməti insanların onların ofislərinə baş çəkməsinə imkan yaradacaqlar.
 


EMİL





15/05/12    Çap et