Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir rusiyalı “Google” tərəfindən mükafatlandırılıb
"Positive Research" tədqiqat mərkəzinin ekspertləri "Google" şirkətinin saytında təhlükəli boşluğu aşkar etməyə və onu aradan qaldırmağa kömək ediblər. Məlumat üçün qeyd edim ki, "Google" əvvəllər boşluqlar barədə məlumat verən şəxslərə 3000 dollar ödəyirdi, lakin 2 həftə əvvəl şirkət mükafatın həcmini 20000 dollara qədər artırıb.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Positive Technologies" şirkətinin eksperti Dmitri Serebryannikov tərəfindən korporasiyanın portallarından birində aşkar edilmiş problem sayəsində potensial kibercinayətkar sistemdə əmrləri uzaq məsafədən icra edə bilərdi, məsələn, proqramları yükləmək və onları işə salmaq, faylları oxumaq və dəyişmək, məlumatları "VBİS"-dən əldə etmək.
EMİL
15/05/12 Çap et