Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“C” proqramlaşdırma dili “Java”-nı geridə qoyur
“C” proqramlaşdırma dili ikinci ay ardıcıl olaraq “Tiobe”-nin tərtib etdiyi reytinqdə birinci yerdə qərarlaşır. 2012-ci ilin mayına olan vəziyyətə görə, “C” proqramlaşdırma dilindən 17,346 faiz, “Java”-dan isə 16,599 faiz proqramçı istifadə edib.
“İCTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, reytinqlə hamı razı deyil. “PHP” proqramlaşdırma dilinin yaradıcılarından biri, “Zend Technologies” şirkətinin direktoru Endi Qutmans qeyd edib ki, “Tiobe”-nun məlumatına görə, “PHP” proqramlaşdırma dili reytinqdə populyarlığa görə altıncı yerdə qərarlaşıb.
Lakin bəzi məlumatlara görə, dünyada mövcud olan veb-saytların 50 faizi “PHP” proqramlaşdırma dilində hazırlanıb.
EMİL
15/05/12 Çap et