Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Elektron burun" yaradılıb
Britaniyanın "Peratech" şirkətində çalışan mühəndislər havada müxtəlif uçucu birləşmələri "duya" bilən kiçicik elektronik sensor – "elektron burun" hazırlayıblar. Onu geyimə tikmək təklif edilir, bundan sonra sensor əgər havada zərərli maddələrin təhlükəli konsentrasiyası aşkar olunsa, o zaman sahibinə bu barədə xəbərdarlıq edəcək.
"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "elektron burnun" yaradıcıları qeyd ediblər ki, o, havada, hətta qoxusuz birləşmələri "duymağa qadirdir. Bundan əlavə, sensor insanın dərisi vasitəsilə yaradılan təbii qoxuları ayırır və onlara reaksiya vermir.
EMİL
15/05/12 Çap et