Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"İnternetin sürətləndirilməsi formulu" tapılıb


Massaçusets Texnologiya İnstitutunda çalışan riyaziyyatçılar qrupunun hazırladığı nəzəriyyə Qlobal Şəbəkənin effektliliyini artırmağa kömək etməlidir. "İnternetin sürətləndirilməsi formulu" məlumatların ötürülməsi prinsiplərini optimallaşdırır, şəbəkələrin və ötürülən informasiyanın tutumunu artırır.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, hazırda internet kifayət qədər sadə prinsip üzrə işləyir: şəbəkəyə qoşulan hər bir kompyuter verilənlər paketini təyin edilmiş ünvana uyğun olaraq zəncir üzrə ötürür.

Riyaziyyatçılar isə şəbəkə kodlaşdırılması prinsipindən istifadə etməyi təklif ediblər: bu prinsipə görə, paketlər birləşir və şəbəkədə bir neçə qovşaq üzrə ötürülür, bundan sonra onlar xüsusi alqoritm əsasında fərqləndirilir və ilkin informasiya bərpa olunur.Alimlər qeyd ediblər ki, paketləri kodlaşdırmaq və deşifrə etmək zərurəti qovşaqları o qədər güclü yükləmir.






EMİL





16/05/12    Çap et