Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Washington Post”un istifadəçilərinin elektron poçtları ələ keçdi
“The Washington Post” qəzetinin verilənlər bazasının qırılması nəticəsində hakerlər qəzet saytının ziyarətçilərinin istifadə etdikləri 1,3 milyon elektron poçt ünvanına qeyri-qanuni giriş əldə ediblər. Kibercinayətkarların sərəncamına nə şifrə, nə də istifadəçilərin digər şəxsi məlumatlarının keçmədiyini bildirib. Verilənlər bazasının qırılması haqqında xəbərlər KİV-də iyulun 7-dən yayılmağa başlayıb.
“The Washington Post” təhlükəsizlik xidməti hakerlərin qısamüddətli hücumlarının iyunun 27-28-də olduğunu aydınlaşdırıb. Nəticədə kibercinayətkarlar qəzetin saytında “Jobs” bölməsinin verilənlər bazasına daxil olublar.
Qəzet xəbərdarlıq edib ki, ehtimal ki, verilənlər bazasının qırılması nəticəsində “The Washington Post” istifadəçilərinin poçt qutularında spam artacaq. Nəşr istifadəçilərdən üzr istəyib və təkrar qırılmaya yol verməyəcəyinə söz verib. Məlumat üçün bildirək ki, “The Washington Post”un əsası 1877-ci ildə qoyulub. O, Vaşinqtonun ən böyük qəzetidir və ən qədim Amerika nəşrlərindən biridir. Qəzetdə təxminən 740 jurnalist işləyir.
08/07/11 Çap et