Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ARDNF-in “Facebook” və “Twitter”də rəsmi səhifələri yaradılıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Facebook” (http://www.facebook.com/SOFAZ.ARDNF?ref=tn_tnmn)
 və “Twitter”  (https://twitter.com/#!/SOFAZOfficial) sosial şəbəkələrində rəsmi səhifələri yaradılıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

Fonddan bildirilib ki, sosial şəbəkələrdə səhifənin yaradılması ARDNF barədə məlumatların geniş ictimaiyyətə daha operativ şəkildə çatdırılmasına, həmçinin yeni kommunikasiya növlərindən istifadəyə imkan verəcəkdir. Sosial şəbəkələrlə yanaşı, Neft Fondu barədə rəsmi məlumatlar “Wikipedia” (http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1_D%C3%B6vl%C9%99t_Neft_Fondu) internet ensiklopediyasında da yerləşdirilib.
 






HƏQİQƏT





16/05/12    Çap et