Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İphone-5” 20 dəfə dözümlü olacaq


3 avqust və ya sentyabr aylarında satışa çıxarılacağı gözlənilən “iphone 5” (“iPhone-5”) haqqında yeni məlumat yayılıb. Cənubi Koreya saytlarından birinin yaydığı məlumata görə, “Apple” şirkəti “Liquidmetal” şirkəti ilə gizli müqavilə imzalayıb. Həmin metal şirkəti xüsusi qarışıqlardan istifadə edərək, şəffaf metal istehsal edir. “Apple” də həmin şirkətdən 11 milyon dollarlıq şəffaf metal alıb.

Bu şəffaf metalla istehsal olunacaq “iphone-5”-lərə “zireh” geyindiriləcək. “Alaşım” adı verilən həmin şəffaf metal sayəsində “iphone-5”-lər digər telefonlara nisbətən 20 dəfə dözümlü olacaq. Bu telefonların ekranı cızılmayacaq, əlimizdən düşdüyü zaman zədələnməyəcək.




16/05/12    Çap et