Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BRAND AWARD AZERBAIJAN” Milli mükafatı üzrə internetdə səsvermə başlandı


Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) və “Caspian Energy International Media Group” mayın 16-dan 5-ci "Brand Award Azerbaijan-2012" Milli mükafatı üzrə internet-səsvermə prosesinin başlanmasını elan edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan məlumat verilib.

CEIBC-dən qeyd edilib ki, “Brand Award Azerbaijan” mükafatı – Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu və “Caspian Energy International Media Group”un layihəsidir. “Brand Award Azerbaijan” mükafatı təqdimat mərasimindən üç ay əvvəl keçirilən internet-səsvermə nəticələrinə əsasən ən məşhur mal və xidmət brendlərinə verilir.

Səsvermə, mükafatın rəsmi “www.brandaward.az” veb-saytında keçirilir. Səsvermə iştirakçılarının brendləri saytda pulsuz yerləşdirilir. Qaliblər üçün heç bir əlavə ödəniş nəzərdə tutulmayıb (qalibiyyətliliklərinin rəsmi elan edilmələrindən əvvəl və ya sonra). İştirakçıların brendləri təşkilatçılar tərəfindən təsdiqlənmiş nominasiyalara təqdim edilir.

“Brand Award Azerbaijan” mükafatının saytında yerləşdirilmiş hər brendə gün ərzində bir dəfə səs vermək olar. Bir səs - bir xal sayılır. Brendlər CEIBC-yə üzv şirkətlərin arasında keçirilən aylıq ekspert sorğusunun nəticələri əsasında saytda yerləşdirilir.

Əgər şirkət müsabiqədə iştirak etmək arzusundan imtina edirsə, o halda səbəbini göstərərək rəsmi məktubla Təşkilat komitəsinə müraciət etməlidir. İştirakçı brendlərə mükafatın rəsmi saytında qeydiyyatdan keçmiş bütün internet istifadəçiləri səs verə bilər.

Əgər şirkətin brendi qalib gələrsə, o halda brendlərin sahibləri (şirkətlər) “Azərbaycanda ilin bir nömrəli brendi” dərəcəsini göstərməklə “Brand Award Azerbaijan” Milli mükafatının rəsmi loqotipini “brandaward.az” saytında keçirilən “internet-səsvermə nəticələri üzrə qalib” statusunu qeyd etməklə öz reklam və promo-aksiyalarında, press-relizlərində istifadə etmək və s. hüquqlara malikdir. Nominantlar həmçinin öz saytlarında, KİV-də və digər mənbələrdə nominant-şirkət tərəfindən yerləşdirilmiş brendlərə səs vermək təklifini yerləşdirmək hüququnu qazanır.

İnternet-səsvermə nəticəsində qalib gələn brendlərin adları təltif olunma mərasimində elan ediləcək. Qalib öz məhsulunda, verilmiş sertifikata əsasən “Brand Award Azerbaijan” Milli mükafatının adını, loqotipini, keçirilmə ilini mütləq qeyd edərək “Azərbaycanda ilin bir nömrəli brendi” şüarını göstərmək hüququna malikdir.

Göstərilən komponentlərdən biri reklam və ya digər promo-aksiyalarda mövcud olmadığı halda bu, müəllif hüquqlarının pozulması hesab olunacaq. “Azərbaycanda ilin bir nömrəli brendi” dərəcəsini göstərməklə 5-ci “Brand Award Azerbaijan-2012” Milli mükafatının təntənəli təqdimetmə mərasimi 2013-cü ilin yazında keçiriləcək.
 
HƏQİQƏT






16/05/12    Çap et