Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“General Motors” “Facebook” ilə əməkdaşlıqdan imtina edib


"General Motors" (GM) avtomobil konserni "Facebook"la əməkdaşlıqdan imtina edib. Hər il sosial şəbəkədə reklama təxminən 10 milyon dollar xərcləmiş şirkət  "Facebook"da yerləşdirilmiş bütün elanlarını çıxarmağa qərar verib. Belə qərarın qəbul edilməsinə elanların aşağı effektivliyi səbəb olub.

"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən  bildirir ki, "GM" reklam büdcəsinin həcminə görə ABŞ-da üçüncü şirkətdir. Hər il reklama təxminən 3 milyard dollar xərcləyən avtoistehsalçı "Facebook" sosial şəbəkəsi ilə 2008-ci ildən bəri  əməkdaşlıq edirdi.

Qeyd edim ki, "GM" öz məhsulunu sosial şəbəkədə tanıtmağa davam edəcək, lakin bunu pulsuz, məsələn, brendlərin səhifələrini dəstəkləməklə həyata keçirəcək.





EMİL





17/05/12    Çap et