Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Haker məhbus həyatı yaşayacaq
2011-ci ilin yanvarında Qərbi Susseks qraflığının sakini Haret Krosski “Facebook” sosial şəbəkəsində kimliyi məxfi saxlanılan istifadəçinin hesabını “sındıraraq” onun şəxsi informasiyasına və elektron poçtuna giriş əldə etmişdi.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, məhkəmə gənc hakeri 1 il müddətinə həbs cəzasına məhkum edib. Haret Krosski günahkar olduğunu etiraf edib.
EMİL
17/05/12 Çap et