Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Robot əl iflic olmuş insanları yenidən həyata qaytaracaq
İnsultdan əziyyət çəkən iki insan yaxın vaxtlara kimi hərəkət etmək və ya danışmaq halında deyildilər, lakin hazırda onlar xüsusi robot əl vasitəsilə öz hərəkətlərini nizamlaya bilirlər.
Qeyd edim ki, robot əl siqnalları birbaşa insan beynindən qəbul edir. Avtomatlaşdırılmış əlin bu və ya digər hərəkəti etməsi üçün insanın, sadəcə, bu barədə düşünməsi kifayətdir.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni sistem sınaqdan keçirildikdə pasiyentlərdən biri qeyd edib ki, o, robot əl vasitəsilə 15 il ərzində ilk dəfə heç kimin köməkliyi olmadan özünə qəhvə hazırlaya bilib.
"Bizim pasiyentimiz avtomatlaşdırılmış əlin köməkliyilə termosdan özünə içki tökdükdə, onun üzündə təbəssüm yaranıb" - yeni sistemin hazırlanmasına rəhbərlik etmiş Braun Universitetində çalışan nevroloq Hoxberq bildirib.