Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tokioda dünyanın ikinci ən yüksək binası istifadəyə veriləcək
Gələn həftə Tokio şəhərində istifadəyə veriləcək binanın hündürlüyü Paris şəhərində yerləşən Eyfel qülləsindən 2 dəfə hündürdür.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Tokionun şərq hissəsində yerləşəcək binanın hündürlüyü 634 metr olacaq. Binanın layihəçisi olan "Tobu Railway" şirkətinin proqnozuna görə, bu layihə il ərzində təxminən 32 milyon turist cəlb edəcək.
Binanın qiyməti 143 milyard yena təşkil edib.Məlumat üçün qeyd edim ki, yeni bina Çində yerləşən 600 metr hündürlüyə malik Kanton-taueri ötür və dünyanın ikinci ən yüksək binasıdır; bu göstərici üzrə yalnız Dubayda yerləşən 828 metr hündürlüyündə olan Bürc Xəlifə binasına uduzur. Bununla belə, yeni bina Asiya regionunda ən hündür bina olacaq.
EMİL
17/05/12 Çap et