Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” dağlıq rayonlarda mobil rabitənin keyfiyyətini yüksəldir


"Bakcell" şirkəti Azərbaycanın dağlıq rayonlarında keyfiyyətli əlaqənin təminatı üçün yeni layihəyə start verib.
Şirkətin texniki direktoru  İqit Bektaş jurnalistlərə bildirib ki, operator stansiyalarının sabit enerji təchizatı üçün günəş batareyalarıyla və külək generatorlarıyla istehsal edilən enerjidən istifadə etməyi planlaşdırır.

"Enerji təchizatıyla bağlı  dağlıq rayonlarda problemlər yaranır. Yeni layihə ölkənin yüksək dağ regionlarında bizim xidmətlərimizin keyfiyyətinin artırılmasına imkan yaradacaq", - deyə  İ.Bektaş vurğulayıb.
Layihənin reallaşdırılması 2012-ci ilin üçüncü rübünə planlaşdırılıb.

İ.Bektaş, həmçinin qeyd edib ki, işğal edilmiş ərazilərdən başqa hal-hazırda Azərbaycanın 92% ərazisi "Bakcell"in xidmətləri ilə əhatə olunub.


GÜLNAR




17/05/12    Çap et