Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zaqatala və Qax rayonlarında baş vermiş zəlzələdən zərərçəkmiş rabitəçilərlə görüş keçirilib
Zaqatala və Qax rayonlarında baş vermiş zəlzələdən zərərçəkmiş rabitəçilərlə telekom və poçt filiallarının işçilərinə yardım göstərmək məqsədi ilə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycan Həmkarlar ittifaqları konfederasiyasının sədri Səttar Mehbalıyevin tapşırığı ilə Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovun başçılığı ilə nümayəndə heyəti bu rayonlarda olub.
Xatırladaq ki, 11 nəfər rabitəçinin evi tam qəzalı, 20 nəfərin isə qismən qəzalı vəziyyətdədi. Nümayəndə heyəti zərərçəkmiş rabitəçilərlə görüşüb, hadisə yerində olaraq dağıntılarla tanış olub, onlara maddi yardımlar göstəriblər.
17/05/12 Çap et