Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sığorta şirkətləri fəaliyyətlərini elektronlaşdırır


«AXA-Mbask» sığorta şirkəti xarici korporativ şəbəkə - «Extranet»in tətbiqinə başlayır. "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, «Extranet» onlayn rejimində işləyən və şifrə ilə qorunan, yalnız şirkətin sığorta agentləri üçün nəzərdə tutulmuş veb-şəbəkədir. «Extranet» şəbəkəsində başlıca diqqət gerçək zaman kəsimində sığorta şirkəti ilə məlumat mübadiləsinə yetirilir.

Bununla da agentlər öz portfelinə müstəqil nəzarət edərək satdıqları sığorta şəhadətnamələri haqqında hesabatlar tərtib etmək, qazandıqları komisyon haqları barədə müntəzəm məlumat əldə etmək, müştərilərə dair məlumat bazasını saxlamaq, sığorta müqavilələrinin bərpasını nəzarətdə saxlamaq imkanı qazanırlar.




SEYMUR




17/05/12    Çap et