Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“NETTY 2012”-nin baş partnyoru bəlli oldu
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “NETTY-2012” Azərbaycan Milli İnternet mükafatının baş partnyoru olub.
“Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş partnyorluğu ilə baş tutacaq “NETTY” ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumilikdə ölkənin informasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış birinci peşəkar milli mükafatdır.
Başqa oxşar tədbirlərdən fərqli olaraq, həm Azərbaycanda, həm də regionda müntəzəm həyata keçirilən, bütün dünyadan yüzminlərlə internet istifadəçisini ətrafında birləşdirən “NETTY” Milli İnternet mükafatı ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir.
Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində peşəkarları üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən “NETTY” bir neçə il ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazanıb.
“Bakcell” şirkəti qısa müddət ərzində populyarlaşan və ənənəyə çevrilən səsvermə və mükafatlandırma mərasiminə yenilik gətirəcək. Belə ki, namizədlərin qiymətləndirilməsi prosesi, həmçinin sms səsvermə vasitəsilə həyata keçiriləcək.
“Netty 2012” Azərbaycanın Milli İnternet mükafatında iştirak etmək istəyən namizədlər ərizələrini 31 mart - 31 may tarixləri arasında qeydiyyatdan keçirməlidirlər.
“NETTY 2012” nominantlarının müəyyən olunması üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi 1-9 iyun tarixlərində həyata keçiriləcək.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. “Bakcell”, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl “3G” mobil internet xidməti göstərir.
İnnovasiyalar sahəsində lider olan şirkət, “Sür@” xidməti və yeni tərəfdaşları vasitəsilə Azərbaycan əhalisini ən yüksəksəviyyəli mobil internet xidmətləri ilə təmin edir.
17/05/12 Çap et