“Google” axtarış mühərrikini təkmilləşdirəcək
Dünyanın ən böyük axtarış sistemi olan “Google” şirkəti “Knowledge Graph” alqoritmi vasitəsilə axtarış mühərrikinin sürətini və münasibliyini təkmilləşdirmək niyyətindədir.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Knowledge Graph” alqoritmi münasib axtarış etmək üçün 3 yeni imkan yaradır:
-
İstifadəçinin nəzərdə tutduğunu axtarıb tapmaq.
-
Ümumiləşdirici nəticələr əldə etmək mümkün olacaq. Məsələn, istifadəçi Mari Küri haqqında informasiya axtardıqda onun doğum və ölüm tarixi, həmçinin təhsili və elmi kəşfləri haqqında informasiya görə biləcək.
-
“Knowledge Graph” alqoritmi həmçinin bəzi gözlənilməz açılışlar göstərə biləcək.
EMİL