Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cənubi Koreya superekspress qatarın nümunəsini təqdim edib
Cənubi Koreya saatda 430 km məsafə qət edə bilən növbəti nəsil superekspress qatarının işçi nümunəsini təqdim edib.
"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Highspeed Electric Multiple Unit 400kmh eXperiment" adlı superekspress qatarının təqdimatı paytaxtdan 395 km cənubda yerləşən Çxanvon stansiyasında olub.
Qeyd edim ki, superekspress qatarı maksimal sürətinə görə dünyada Fransa, Çin və Yaponiya ölkələrinin sürətli qatarlarından sonra dördüncü yeri tutur.
Superekspress qatarının yaradılmasına 93,1 milyard von (79,7 milyon dollar) həcmində sərmayə yatırılıb.
EMİL
18/05/12 Çap et