Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli mobil operator “4G” xidməti göstərməyə hazırdır
“Bakcell” şirkəti “4G” xidməti göstərməyə hazırdır. Bu barədə şirkətin texniki direktoru İgit Bektaş bildirib. Onun sözlərinə görə, “Bakcell” ən qabaqcıl texnologiyalara malikdir və şirkət “4G” tezliyinə keçməyə hazırdır.
“Bakcell”in nümayəndəsi həmçinin qeyd edib ki, abunəçilərə yüksək keyfiyyətli xidmət gostərmək üçün hazırda “4G” sisteminin işə salınması istiqamətində işlər davam edir. “4G” xidmətinin işə salınması müvafiq lisenziyanın alınması müddətindən asılıdır. Bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar davam edir ".
18/05/12 Çap et