Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio” İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki yığıncağı keçirilib


Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan “Teleradio” İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki yığıncağı keçirilib. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin mətbuat xidmətindən aldığı məlumata görə, birliyin baş direktoru Ə.Şərifov yığıncağı giriş nitqi ilə açaraq son illər rabitə və informasiya texnologiyaları sahəsində qazanılan uğurları aparılan islahatların nəticəsi kimi qeyd edib.

Ə.Şərifov bildirib ki, bunun nəticəsidir ki, rabitə sahəsində çalışan işçilərin maddi və sosial vəziyyəti gün-gündən yaxşılaşır. Baş direktor birlik kollektivinin sosial problemlərinin həllində həmkarlar ittifaqının müdiriyyətlə sıx əlaqədə işlədiyini yaxşı hal kimi dəyərləndirib.
 
Yığıncaqda həmçinin Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov, sədr müavini Rəşad Səfərov iştirak edib.
 
Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının “Teleradio” İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin komitə sədri Əliverdi Əliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, kollektiv üzvlərinin asudə vaxtlarının səmərəli keçməsi və onların mədəni-kütləvi işlərə cəlb edilməsi daim komitənin diqqət mərkəzində olub. Həm milli, həm də dini bayramlarımızda kollektiv üzvlərinə yardımlar göstərilib. Bütün şöbələrə işçilərin sayına uyğun bayram sovqatları verilib. Bir sözlə, əlamətdar günlər yüksək əhval-ruhiyyə ilə keçirilib.
 
Daha sonra iclasın gündəliyinə uyğun olaraq seçkilər keçirilib, təftiş komissiyasının tərkib hissəsi və sədri,  həmkarlar ittifaqının on beş nəfər üzvü və təşkilatın sədri yenidən yekdilliklə Əliverdi Əliyev seçilib.
 
İclasın sonunda çıxış edən Seymur Orucov ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində rabitə və informasiya texnologiyaları sahəsinin yüksək templə inkişaf etdiyindən, bu sürətli inkişaf yolunda həmkarlar ittifaqlarının da yaxından iştirak etdiklərindən danışıb.





18/05/12    Çap et