Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Foursquare”də qeydiyyata düşən istifadəçi və şirkətlərin sayı artır
“Foursquare” internet xidməti onun verilənlər bazasında 500 min şirkətin (müəssisə, mağaza) qeydiyyat olduğu haqqında məlumat yayıb. 2 həftə əvvəl şirkət,, həmçinin 10 milyon istifadəçinin qeydiyyata alındığını bildirib.
Qeyd edək ki, “Foursquare” xidmətinin mahiyyəti istifadəçilərin ziyarət etdikləri müxtəlif yerləri (kafe, klublar, idman zalları, mağazalar) qiymətləndirməsindən ibarətdir. Reytinq sistemi ən aktiv iştirakçıların mükafatlandırılmasına əsaslanır. Qeydiyyatda olmuş şirkətlər xidmət çərçivəsində xüsusi aksiyalar təşkil edə bilərlər. Bu aksiyalar istifadəçilərə mal və xidmətləri endirimlə almağa icazə verir
09/07/11 Çap et