Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”un kapitallaşdırma dəyəri 104 milyardı ötüb
"Facebook" şirkəti tərəfindən dərc edilmiş məlumatlara görə, sosial şəbəkə 421,2 milyon səhmin hər birini 38 dollardan satıb. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 104,8 milyard dolları ötüb.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, sosial şəbəkənin 28 yaşlı banisi Mark Sukerberq 19 milyard dollar göstərici ilə dünyanın ən varlı insanlarından biri olaraq bu göstərici üzrə "Google" şirkətinin təsisçiləri Larri Peyc və Serqey Brini üstələyə bilib.
Şirkətin səhmləri "Nasdaq" fond bazarında cümə günü, mayın 18-də əməliyyata açılacaq və bir çox investorların fikrincə, birjada hissələrin dəyəri ilk gündən etibarən arta da, azala da bilər və artıq bundan sonra səhmlərin qiymət korreksiyası başlana bilər.
EMİL
18/05/12 Çap et