Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni sosial şəbəkə yaradıcılarını məhv edir
“Fast Company” analitik şirkətində çalışan işçilərin son tədqiqat məlumatlarına görə, “Google+” sosial şəbəkəsi qeydiyyatdan keçmiş istifadəçilərinin sayının çoxluğuna baxmayaraq, “məhv” olur.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Google+” sosial şəbəkəsinin 40 min istifadəçisi arasında təsadüfi seçimlərin fəallığını araşdıran analitiklərin gəldiyi nəticəyə görə, onların 30 faizi sosial şəbəkədə cəmisi 1 yazı yerləşdiriblər.
Daha aktiv istifadəçilərin saytda mesaj dərc etmələri arasındakı müddət isə 12 günə çatır.Qeyd edim ki, “Google” şirkətinin rəsmi məlumatına görə, sosial şəbəkənin auditoriyası hazırda 170 milyona çatır.
EMİL
18/05/12 Çap et