Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SEN-in rəsmi saytının yenilənmiş versiyası tezliklə tam istifadəyə veriləcək


Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin rəsmi internet səhifəsi (www.mie.gov.az)  yenilənmə mərhələsindədir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda saytda  "nazirlik haqqında", "qanunlar və sənədlər", "iqtisadiyyat", "neft-qaz kompleksi", "energetika", "sənaye kompleksi", "beynəlxalq əlaqələr", "dövlət və beynəlxalq proqramlar, layihələr", "dövlət qulluğu", "ictimaiyyətlə əlaqələr və mətbuat xidməti", "fotoqalereya" bölmələri ilə yanaşı, "onlayn əlaqə" və "elektron xidmətlər" bannerləri yerləşdirilib.

Texniki səbəblərə görə bəzi bölmələr tam fəaliyyət göstərmir. Yaxın vaxtda saytın yeni dizayna malik və materiallarla zənginləşdirilmiş versiyası tam işə düşərək istifadəçilərin ixtiyarına veriləcək. İstifadəçilər yenilənmiş saytla bağlı təkliflərini "imran.mammadov@mie.gov.az" e-mail ünvanına göndərə bilərlər.



CAHANGİR





18/05/12    Çap et