Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DTXK tərəfindən göstərilən 13 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub
Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya Texnologiyaları Strategiyasının yaradılması, nağdsız ödənişlərin həyata keçirilməsi üçün billinq sistemlərinin tətbiqi, tabeliyində olan qurumların müstəqil internet informasiya resurslarının istifadəyə verilməsi üzrə işlər yekun fazadadır.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri “Elektron xidmətlərin təşkili və elektron sənəd dövriyyəsində elektron imzadan istifadənin əsasları” mövzusunda DTXK-da keçirilən tədbirdə komitənin İnformasiya texnologiyaları sektorunun müdiri Cavid Abdullayev səsləndirib.
O, komitə tərəfindən göstərilən 9 elektron xidmətin hər biri ilə əlaqədar inzibati reqlamentlərin hazırlanıb təsdiqləndiyini, onların Elektron Xidmətlər reyestrinə daxil edildiyini, həmçinin 13 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunduğunu, komitənin internet şəbəkəsinin qısa zaman ərzində yenidən qurularaq istifadəyə verildiyini, regional bölmələrin də vahid şəbəkəyə fiber-optik xətlə qoşulmasının layihələndirildiyini, elektron imzadan istifadə və İKT-nin tətbiqinə dair geniş treninq proqramının həyata keçirildiyini xüsusilə vurğulayıb.
CAHANGİR
18/05/12 Çap et